Qəfəsdəki Məhbuslar
Hadisələr 150 nəfərlik interpolun gizli həbsxanasından gedir. Hər şey 151-ci dustağın həmin həbsxanaya gəlməsindən sonra başlayır. Bu dustağı digərlərindən fərqləndirən isə oxumuş və ziyalı adam olmasındaydı.
Gəldiyi bir neçə gündən sonra Həbsxanada bunt(qiyam) başlayır. Müəllimsə heç bir bunta qoşulmaq istəmir və öz kamerasına doğru addımlayır. Lakin qapını aça bilmir. Qapının qıfıllı olduğunu anlayır. Yaxınlıqda olan Kameralardan birinə keçib oturur. Çox keçməmiş içəridə özündən başqa kiminsə olduğunu anlayır. Qaranlığa diqqətlə baxanda onun №027 Qatil olduğunu anlayır.
Bu həbsxanada hamı ondan çəkinirdi və heç kim ona yaxın getməy istəmirdi. Amma müəllim bunlara fikir vermir və №027 Qatilə yaxınlaşır. Qatillə söhbət etməyə başlayır. Qatil ondan tutulmağının səbəbini soruşur. O isə deyir, “işlədiyi universitetdə haqsızlığa qarşı çıxdığına görə adına rüşvət qalmaqalı yazıblar”. Qatil ona inanmır. Deyir, bura gələnlərin hamısı üstünə şər yaxıldığını deyir. Müəllimsə sözünə davam edir. “Buna görə 3 il əvvəlki qətlə yetirilən müdürü də mənim üstümə yıxdılar”.
Bunu eşitdikdən sonra hər şey Qatilin yadına düşür. Yadına düşür ki, həminki müdürü özü öldürmüşdü. Beləcə müəllimin günahsız olduğunu anlayır. Onunla söhbət etməyə davam edir. Söhbət etdikcə onun ağlına və fikirlərinə heyran qalır. Müəllimə Master adı verir və deyir ki, onu bu gündən bu cür çağıracaqlar. “Master”. Ancaq №027 Qatil Master güvənməyə tələsmir. Ona demir ki, bu həbsxanada hər şey onun əlinin altından keçir. Hər şey ondan asılıdır. Demir ki, 3 il əvvəlki müdürü özü öldürüb. №027 Qatil başqa cinayətkarlara nifrət edir. Çünki haqsızlığa qarşıydı.
Bunt dayandırıldıqdan sonra 21 nəfər buntda fəal iştirak edən şəxsləri ən təhlükəli cinayətkar kimi bir yerə salırlar. №027 Qatil də bu siyahıda olur. Deyilənlərə görə onları başqa bir həbsxanaya deportasiya edəcəklər. Bu xəbəri Master eşidir və gedib rəhbərliklə danışır. Rəhbərlik onun bu fikrinə əhəmiyyətsiz yanaşır. Bu zaman master məcbur qalıb onlara oyun oynayır. Deyir, “əgər onu da bu siyahıya qatmasalar üsyanı yenidən başladacaq. Çünki bu üsyanın başında mən dayanmışam." Rəhbərlik ona inanmır və onu geri yollayır.
Master gedib nə edəcəyini fikirləşir. №027 Qatilə xəbər yollayır ki, yenidən bunt başlatın. Qatilə xəbər çatdıqdan sonra 21 nəfərlik Bunt başladır. Olduqları yeri bir-birlərinə qatıb, hər şeyi sındırırlar.
Rəhbərlik yenidən Masteri yanına çağırır və yaranmış buntun səbəbkarı kimi onu göstərir. Master deyir ki, məni göndərməsəniz bu cür şeylər yenidən baş verəcək.
21 nəfər seçilmiş cinayətkarlar Alyaskaya yola salınmaq üçün hazırlandırılır. Son anda Masteri 22-ci adam kimi bu siyahıya qatıb yola salırlar. Yolda təsadüfən Master siyahını görür. Görür ki, siyahıda öz adı yoxdu. Bütün işlərini planlaşdırır. Cinayətkarlar qatarla Alyaskaya yola düşürlər. Ancaq hələ özləri də anlamırlar Alyaskaya nə üçün gedirlər, Başlarına nə gələcək. Çünki əsl hadisələr bundan sonra başlayır.
Qəfəsdəki Məhbuslar
Distopiya. Fəlsəfə. Kriminal. Macəra...
Qeyd Yoxdur
....
Kitablar
Gösterimler.