Burada siz Uraqanın kitablarını əldə etmək üçün online mağazamızla tanış olacaqsınız. Çeşidlərimiz gün keçdikcə artır və hər biri Uraqanın qələminin bir parçasıdır. Əgər daha yaxından tanış olmaq istəsəniz sayta yerləşdirdiyimiz ödənişsiz əsərlərlə də tanış ola bilərsiniz.
Opening Hours
Mon - Fri
Saturday
Sunday
8:00 am – 8:00 pm
9:00 am – 7:00 pm
9:00 am – 9:00 pm
"Uraqan" Kimdir?
Uraqan (Emin Abdullayev) 1997-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəb illərində dilində tutulmalar(kekələmə) baş verdiyi üçün öz fikirlərini aydın izah edən bilmir. Vəziyyət o yerə çatır ki, hər dəfə diskusiyalarda iştirak edə bilmədikcə fikirlər onda yığılır, lakin qələmlə tanış olduqdan sonra özünü daha aydın izah edə biləcəyinin fərqinə varır.
Bütün dəftərlərinin orta vərəqinə öz qeydlərini yazan Emin artıq yazmağa əlavə bir dəftəri qalmadığı zaman yazarlığa daha da bağlanır. Özünə Uraqan təxəllüsü seçərək indiyə kimi yazdığı qeydləri "Qaralama" adlandıraraq cəmi 15 ədədini çap etdirir.
2016-2017-ci illər arasında Hərbi xidmət dönəmlərində kitablara olan marağı bitib tükənmək bilmir. Lakin oxuduğu kitablar komandirləri tərəfindən əlindən alındığı zaman oxumağa kitab tapmadığı üçün öz kitabını yazmağa başlayır. İçindəki hekayələr bitdikdən sonra kitabı Hərbi xidmətdə yazdığı üçün "Hərbidən Qeydlər" olaraq adlandırır.
2018-ci ildə Hədəf liseyinə işə düzəldikdən sonra burada Şəmil Sadiqlə tanış olur və onun dəstəyi ilə "Hərbidən Qeydlər" kitabını çap etdirir. Bununla da onun professional yazarlıq kariyerası başlayır.
2019-cu ildə "Ol teatrı" ilə tanış olduqdan sonra qələmini daha da itiləşdirən Uraqan Abdullayev bu teatrın nəznində müxtəlif hekayə və pritçalar yazmağa davam edir. Rejissor Müəllimi Namiq Ağayev və Ssenari müəllimi Firkət Məmmədovla birgə olan çalışmaları onu daha da püxtələşdirir. Daha sonra bu hekayələri bir araya toplayaraq onları "Nağıllar Kitabı" olaraq adlandırır. Daha sonralar yazdığı "Allahsızlar şəhəri" kitabı "Nağıllar kitabı"nın ən möhtəşəm parçasına çevrilir. "Allahsızlar Şəhəri"nin İlk öncə film çəkilişi üçün planlaşdırılsa da maliyyə yetməzliyi ucbatında əsər səhnələşdirilə bilmir. Belə olduğu təqdirdə Azərbaycanın ən məşhur aktyorlarını bir araya yığıb bir yeniliyə imza ataraq Film formasında hazırladığı kitabını ("Allahsızlar Şəhəri") çap etdirir.
2022-ci ildə satışa çıxacaq "Kəpənək" kitabı iki sevən aşiqdən bəhs edir. Əsər fantastik məzmunlu olmasına baxmayaraq öz həyatı ilə bağlı bir çox şeyi öz içində əks etdirir.
Müəllifin 2017-ci ildən yazdığı "Qəfəsdəki Məhbuslar" kitabı dünyanın ən təhlükəli qatillərini saxlanıldığı interpolun gizli həbsxanasından bəhs edir. Kitab distopik əsər olmasına baxmayaraq cəmiyyyətimizdəki bir çox qaranlıq məqamlara toxunur.