top of page
Kölgəli Adlar

Kölgəli Adlar

 

Mələk nə qədər təcrübəsiz olsa da, qaranlıqda işıq saçmağı bacarırdı. Lakin yeni-yeni mələyə çevrildiyi üçün olduqca bacarıqsız biri idi. Günəş Mələyə baxaraq dilləndi:

- Püxtələşməyin üçün o qaranlığa məhz sən soxulmalısan. Ora mən gedib o qızı xilas edə bilməyəcəyim qədər qaranlıq bir yerdir. Dünya bir gün işıqlansa hər kəsə məlum olar kimlər kiminin evindən çıxır. 

- Amma mən çox bacarıqsızam. Əlimi atdığım hər şeyi sındırıram. Ayağımı atdığım hər yerdə nəsə qırılıb dağılır. Müdriklik üçün işığım da kifayət qədər deyil. Başqa birini yollasan olmazmı?

- Başqa biri o qızın səhvlərini hər kəsə aydınlada bilər. Aramızda ən qaranlıq olanı sən olduğun üçün məhz səni yollayıram. Ona elə bir işıq lazımdır ki, o qızın səhvlərini yalnız özünə izah edə bilsin.

- Amma mən onun yanına nə cür gedəcəm? 

- Səni onun yanına bir Simurq quşu olaraq yollayıram. Sən öz şərqilərinlə, öz yazdıqlarınla hər gün qıza bir nağıl danışacaqsan. Amma elə ki, gördün onun Pranqası qıza yaxınlaşır, qaç qurtul oradan. Əks təqdirdə...

    10,00AZNFiyat
    Ürün Sayfası: Stores_Product_Widget
    bottom of page