Allahsızlar Şəhəri
"Allahsızlar Şəhəri" kitabı bütün insani keyfiyyətlərin bir şəxsiyyət kimi yaşadığı bir dünyadan bəhs edir. Hansı ki, bu şəhərin sakinləri bizim xasiyyət və xislətlərimizdən bir dünya qurub yaratmışlar. Amma Şeytan... onlara aman vermir, xarakterimizi məhv edərək xislətlərimizi daha da alovlandırmağa çalışır.
Həqiqət, Yalan, Ağıl, Sevgi, Xəyanət, Güvən, Şübhə və digər mücərrəd mənaların bir şəxsiyyət kimi yaşadığı bu dünyaya indi səfər et. Onların dünyası bizimkindən nə qədər fərqlənsə də, bir o qədər seçilmir...