top of page
Yazarın fotoğrafıUraqan Abdullayev

Proloq - Qəfəsdəki Məhbuslar

Sizə bir az da Tək barmaq Felliçi haqqında danışmaq istəyirəm. Əvvəllər onun barmağı tək deyildi. Ona yoldaşlıq edən digər 4 barmağı və qeyri-adi fantaziyaları sayəsində o, əsl rəssam idi. Elə öz üslubu ilə qətllərini də bu cür törədərdi.

Qurbanlarını qətlə yetirərkən ona ən yaxın divarı rəsm tablosu edər və onları necə qətlə yetirdiyini öz istedadına uyğun təsvir edərdi.

Yəqin ki, "Qəfəsdəki Məhbuslar"ın nəyə görə 4 divar arasında deyil, Qəfəslərdə saxlanıldığı hər kəsə maraqlıdır. Əvvəllər hər şey tam fərqli idi. Bütün məhbuslar öz divarları arasında rahat yaşayıb istədiyini edirdilər. O vaxta qədər ki, Felliçi son rəsmini çəkdi. Yalnız bu lənətə gəlmiş rəsmdən sonra rəhbərlik daha ciddi tədbirlər görməyə başlayıb onların həbsxanalarını dəyişərək hər tərəfi dəmir olan tək otaqlı qəfəslərə saldılar. Bu sayədə hamı bir-birini görə bilirdi. Amma içəri əvvəlki kimi qızmır, hətta əvvəlkindən də soyuq olurdu. Felliçiyə görə bütün dustaqlar əziyyət çəkirdi. Təbii ki, bu vəziyyət öz başına qala bilməzdi.

Həmin günü Felliçi "Qəfəs Parkı"nın divarlarına bir rəsm çəkdi. Çəkdiyi rəsmi Felliçi izah etmədikcə heç kim anlaya bilməzdi.


Rəsmə baxdığın zaman heç nə başa düşmək olmurdu. Sanki insan siluletləri əks olunmuşdu. Bu adamlar sanki harasa aparılırdı. Hər birinin əli önlərində olsa da, heç birində qandal yox idi. Bunun əvəzinə başları üzərində 5 xətt göstərilmişdi. 5 xətt 5 barmağa bənzədilmişdi. İnsanların başları 5 barmağın dırnaqları ilə üst-üstə düşsə də, nəyə görə belə olduğu heç kimə bəlli deyildi.

*****


Felliçi rəsmi çəkməyi dayandırdı və dərindən nəfəs aldı. Artıq bu rəsmdən sonra başına nə gələcəyi bəlliydi. Uzun zaman idi ki, divarlara rəsm çəkmirdi. Dükanların arxasında özü üçün boş divar tapmışdı. Bundan sonra istədiyi rəsmi çəkə bilərdi. Yəqin ki, bu rəsmi çox adam başa düşməyəcək və o, izah etmədikcə rəsmin nə mənaya gəldiyini heç kimə bəlli olmayacaqdı. Axı nə rəsmlər idi bunlar? Bu rəsmlərdə nədən bəhs edilir, hansı məna, hansı fikirləri ifadə etməyə çalışmışdı. Felliçi son rəsmini çəkərkən №027 Qatilə dediyi sözləri xatırladı:

- "Əslində hamımız dustağıq. Kimisi qolları bağlı, kimisi beyni qandallı."

_________________________________________

Yazar: Uraqan Abdullayev.

Kitab: №027 Qatil Birinci hissə: Qəfəsdəki Məhbuslar

Rəssam: Cəmilə Piriyeva.


59 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page